`İlk addımı bizdən gözləməsinlər` - Ərdoğandan Rusiyaya mesaj


23:43     31 May 2016 h_51685402-714x518.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəsmilərinin ölkələr arasında barışığın əldə olunması üçün irəli sürdüyü şərtlərə münasibət bildirib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan rəsmi Moskvanın ilk addımı Ankaranın atmasına dair şərtinin qəbuledilməz olduğunu bəyan edib.

"Bizdən hansı ilk addımı gözləyirlər? Bunu anlamaqda çətinlik çəkirəm. Türkiyə müttəhimlər kürsüsündə əyləşən bir ölkə deyil. Bir pilotun səhvinə görə Türkiyə kimi bir dostu fəda etmələri çox düşündürücüdür. Ümid edirəm ki, bu problem tezliklə həll olunar və Türkiyə ilə Rusiya son 10 il ərzində atdıqları addımları yenidən atarlar"-deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədən üzr və dəyən ziyanın ödənməsini gözlədiklərini bildirib.

Rusiya prezident Putin də mətbuata açıqlamasında barışıq üçün ilk addımı Türkiyənin atmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərin əvvəlki səviyyəsini çox qiymətləndirirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 2695


Oxşar xəbərlər